Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov bu il məzun olan şəhid ailəsi üzvləri ilə görüşüb
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Vətən müharibəsi şəhidi Asif Tağıyevin oğlu Hüseyn Tağıyevin və Vətən müharibəsi şəhidi Pərviz Ələsgərovun oğlu Eşqin Ələsgərovun məzun günlərində iştirak edərək şəhid ailələrinin sevincinə qoşulub, təbriklərini çatdırıb. Məzunlara gələcək təhsil və həyat yollarında uğurlar arzulayıb.
İcra başçısı Orxan Abbasov bildirib ki, şəhidlik zirvəsinə yüksələn qəhrəman oğul və qızlarımız Vətənimizin ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin rəmzinə çevrilmişlər. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğı Daşkəsən rayonunda da yüksək səviyyədə öz əksini tapmışdır.
Rayon rəhbəri Orxan Abbasov məzunlara hədiyyələr təqdim edib, xatirə şəkli çəkdirib.






