Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov “AzerGold” QSC-nin təşkil etdiyi növbəti səyyar tibbi müayinə aksiyası ilə yerində tanış olub

12 sentyabr 2025 | 16:49

Sentyabrın 12-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Quşçu kəndində  “AzerGold” QSC tərəfindən təşkil olunan tibbi müayinə aksiyasına baxış keçirib, tibbi heyətlə görüşüb, vətəndaşlarla söhbət aparıb, göstərilən xidmətlərin keyfiyyəti və gedişatı ilə maraqlanıb. İcra başçısı bu cür sosialyönümlü təşəbbüslərin əhəmiyyətini vurğulayaraq, rayonda həyata keçirilən humanitar fəaliyyətlərə görə “AzerGold” QSC-nin rəhbərliyinə təşəkkürünü bildirib. Həmçinin qeyd edib ki, belə aksiyalar Daşkəsəndə əhalinin sağlamlığının qorunmasına, vaxtında profilaktik tədbirlərin görülməsinə önəmli töhfə verir.

“Öncə sağlamlıq!” devizi altında Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə reallaşdırılan aksiyada Daşkəsən rayon sakinləri ödənişsiz müxtəlif tibbi xidmətlərdən yararlanırlar. Müayinələrə ümumi cərrah, otorinolarinqoloq, terapevt, endokrinoloq, kardioloq, nevropatoloq, pediatr həkimlərinin konsultasiyaları, həmçinin USM, EXO, EKQ, qan analizləri, şəkərin təyini və bu kimi diaqnostik xidmətlər daxildir.  

Qeyd edək ki, 2021-ci ildən etibarən hər il “AzerGold” QSC Daşkəsən rayonunda səyyar tibbi müayinə aksiyası keçirir. Bu müddət ərzində vətəndaşlar peşəkar tibbi xidmətlərdən yararlanıb, bir çox insanda ilkin mərhələdə xəstəliklər aşkar edilərək vaxtında müalicəyə yönləndirilib.

Aksiya sentyabrın 13-dək davam edəcək.

 

Keçidlər