Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov ali məktəblərə qəbul olan məzunlarla görüşüb

03 sentyabr 2025 | 19:23

Sentyabrın 3-də Daşkəsəndə ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib. Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayon üzrə Təhsil Sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Ayxan Fərəcli, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən Rabil İbrahimov, idarə, müəssisə, təşkilat rəhbərləri, məktəb direktorları və valideynlər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov ali məktəblərə qəbul olmuş məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək, bu uğurun arxasında zəhmət, fədakarlıq və məqsədyönlü əzmin dayandığını qeyd edib. O, gənclərə uğurlu tələbəlik dövrü və gələcək həyatlarında nailiyyətlər arzulayıb. Rayon rəhbəri çıxışında ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdikləri sistemli diqqət və davamlı dəstək barədə söz açaraq bildirib ki, son illərdə Daşkəsən rayonunda da təhsil infrastrukturunun yenilənməsi, məktəb binalarının əsaslı təmiri və daha müasir tədris avadanlıqları ilə təmin olunması bu sahənin inkişafına mühüm töhfələrini vermişdir. Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər daşkəsənli gənclərə öz potensiallarını reallaşdırmaq üçün geniş imkanlar açır, onların milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər və bilikli vətəndaşlar kimi yetişməsinə zəmin yaradır.

Çıxış edən məzunlar onlara göstərilən etimadı doğruldacaqlarına söz verərək, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Ürək sözlərini bölüşən valideynlər isə yaradılan hər cür şəraitə, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Daha sonra məzunlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Keçidlər