Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 30.07.2025-ci il tarixdə Qazaxlı və Əmirvar kəndləri sakinlərinin səyyar qəbulunu keçirib

30 iyul 2025 | 15:05

İyulun 30-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Əmirvar kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri, Qazaxlı və Əmirvar kəndlərinin sakinləri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Daşkəsən rayonunda yerli icra strukturları daim əhali ilə təmasdadır və onların problemlərinə həssaslıqla yanaşır. Bu cür səyyar görüşlər də vətəndaş məmnunluğunun təmin olunması, məsələlərin yerində öyrənilərək operativ şəkildə həll edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilərək qeydiyyatı aparılıb, onları narahat edən sosial-məişət, infrastruktur, məşğulluq və digər gündəlik problemlər müzakirə olunub. Müraciətlərin bir qismi yerində həll edilib. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzərətə götürülüb.

Sonda sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər