Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 28.04.2026-cı il tarixdə Quşçu körpüsü qəsəbəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib
Aprelin 28-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Quşçu körpüsü qəsəbəsində keçirdiyi vətəndaşların səyyar qəbulunda rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və qəsəbə sakinləri iştirak ediblər.
İcra başçısı Orxan Abbasov giriş nitqində vətəndaş müraciətlərinə həssas yanaşmanın dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayıb. Bildirib ki, Prezident cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində regionların sosial-iqtisadi inkişafı sürətlə davam edir, əhalinin rifah halının yüksəldilməsi üçün məqsədyönlü ardıcıl tədbirlər həyata keçirilir. Həmçinin qeyd edib ki, yerlərdə keçirilən səyyar qəbulların məqsədi vətəndaşların problemlərini öyrənmək, onların operativ həllinə nail olmaq və dövlət-vətəndaş münasibətlərini daha da möhkəmləndirməkdir.
Sonra icra başçısı sözü sakinlərə verib. Vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlərin bir qismi yerində həll edilib. Əlavə araşdırma tələb edən məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün nəzarətə götürülüb.
Qəbulda iştirak edən sakinlər problemlərinin həllinə hər zaman həssaslıqla yanaşıldığına, onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qəsəbə sakinləri ilə səyyar qəbuldan sonra icra başçısı Orxan Abbasov Quşçu qəsəbə uşaq bağçasında olub, müəssisənin fəaliyyəti, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı görülmüş işləri nəzərdən keçirib. Sonra bağçanın kollektivi ilə görüşərək uşaqların təlim-tərbiyə prosesi barədə məlumat alıb, tövsiyələrini verib.






