Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 27.10.2026-cı il tarixdə Xoşbulaq kəndində vətəndaşların səyyar qəbulunu keçirib

27 oktyabr 2026 | 14:58

Oktyabrın 27-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Xoşbulaq kəndində keçirdiyi səyyar qəbulda rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq yerlərdə səyyar qəbulların keçirilməsində məqsəd sakinləri narahat edən məsələləri birbaşa onların özlərindən öyrənmək, aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə problemlərin həllinə nail olmaq və vətəndaş məmnunluğunu təmin etməkdir. Rayon rəhbəri çıxışında ölkəmizdə kənd təsərrüfatının inkişafı, regionlarda iqtisadi fəallığın artırılması və kənd əhalisinin rifahının yüksəldilməsi sahəsində reallaşdırılan dövlət siyasətindən də bəhs edib. Prezident cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayıb. Həmçinin Dövlət Proqramı çərçivəsində Daşkəsən rayonunda kənd təsərrüfatının inkişafı, mövcud imkanlardan səmərəli istifadə olunması və kənd sakinlərinin məşğulluğunun artırılması tədbirlərindən söz açıb.

Daha sonra sakinlər müraciət və təkliflərini diqqətə çatdırıblar. Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və həllinə dair müvafiq tapşırıqlar verilib.

Qəbulda iştirak edən Xoşbulaq kənd sakinlər onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər