Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 27.08.2025-ci il tarixdə Tapan və Gəlinqaya kəndləri sakinlərinin səyyar qəbulunu keçirib

27 avqust 2025 | 18:30

Avqustun 27-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Tapan kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri, Tapan və Gəlinqaya kəndlərinin sakinləri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov giriş nitqində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, Daşkəsən rayonunda həyata keçirilən layihələr, aparılan abadlıq-quruculuq işləri və əhalinin rifahının daha da yüksəldilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.  

Sonra sakinlərin müraciətləri dinlənilib. Qaldırılan məsələlərin həllinə dair tədbirlər müəyyənləşdirilib. Müraciətlərin bir qismi yerində həll edilib. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzərət qaydasında qeydiyyata götürülüb.

Qəbulda iştirak edən sakinlər onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər