Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 27.01.2026-cı il tarixdə Daşkəsən qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib
Yanvarın 27-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun təsdiq olunmuş qrafikə uyğun olaraq Daşkəsən qəsəbəsində keçirilən vətəndaşların səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.
İcra başçısı Orxan Abbasov qəbulda çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gücləndiyini, əldə edilən iqtisadi və siyasi uğurlar nəticəsində ölkəmizdə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdığını vurğulayıb. Həmçinin Daşkəsəndə aparılan abadlıq-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə məlumat verib.
Daha sonra sakinlərin müraciətləri dinlənilib. İcra başçısı Orxan Abbasov müraciətlərin icrası ilə bağlı tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib, digər qismi də araşdırılması və ya aidiyyəti üzrə çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Daşkəsən qəsəbə sakinləri göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






