Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 26.11.2025-ci il tarixdə Bayan kəndində vətəndaşların səyyar qəbulunu keçirib

26 noyabr 2025 | 14:07

Noyabrın  26-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Bayan kəndində keçirdiyi vətəndaşların səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov kənd sakinləri ilə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Qeyd edib ki, cari ildə Bayan kənd M.Mustafayev adına tam orta ümumtəhsil məktəbi əsaslı təmir edilib, ərazidə təmizlik, abadlıq işləri görülüb, əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunması və qazlaşdırma sahəsindəki problemlər tamamilə aradan qaldırılıb. Uzun illərdən bəri mövcud olan əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması məsələsinin dövlət tərəfindən əsaslı investisiya proqramı vasitəsilə icra olunması nəzərdə tutulur. Eyni zamanda Bayan kəndinin turizm potensialından səmərəli istifadə edilməsi prioritet olaraq qarşıya qoyulmuşdur. Bu məqsədlə Dövlət Turizm Agentliyinin həyata keçirəcəyi “Turistik kənd” layihəsi çərçivəsində Bayan kəndində yerləşən tarix-mədəniyyət abidələrinə gedən kənd daxili yollarda abadlıq işlərinin görülməsi üçün Agentliyin əməkdaşları monitorinqlər keçirmişlər və müvafiq qiymətləndirmədən sonra konkret tədbirləri özündə əks etdirən layihə hazırlanacaq.

Müxtəlif mövzularda istək və təkliflərlə müraciət edən kənd sakinləri çıxışlarında  həmçinin ölkədə və rayonda həyata keçirilən quruculuq-abadlıq işləri, qəbulun keçirildiyi tam orta ümumtəhsil məktəbinin əsaslı təmiri barədə razılıqla danışıblar, əhalinin rifahının yüksəldilməsi ilə bağlı Prezident cənab İlham Əliyev tərəfindən qəbul olunan qərarları yüksək qiymətləndiriblər.

İcra başçısı Orxan Abbasov müraciətlərdə qaldırılan məsələlərin icrasına dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Əksər müraciətlər yerində həll edilib. Digər qismi də araşdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.

Səyyar qəbuldan razı qalan Bayan kənd sakinləri müraciətlərinə baxılmasına, qaldırdıqları məsələlərin yerində araşdırılmasına, onları narahat edən problemlərin operativ həllinə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər