Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 25.08.2026-cı il tarixdə Şahvələdli kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

25 avqust 2026 | 18:02

Avqustun 25-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Şahvələdli kəndində keçirilən səyyar qəbulunda rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov giriş nitqində bildirib ki,  Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində Daşkəsən rayonunun da sosial-iqtisadi inkişafına dair mühüm işlər görülür. Rayonda əhalinin rifahının yaxşılaşdırılması, yaşayış məntəqələrinin infrastrukturunun yenilənməsi, sosial məsələlərin həlli və vətəndaşların müraciətləri ilə bağlı tədbirlər mütəmadi davam etdirilir.

Səyyar qəbul zamanı kənd sakinlərinin müxtəlif mövzularda müraciətləri dinlənilib.

Vətəndaşları fərdi qaydada dinləyən icra başçısı Orxan Abbasov aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan məsələlər isə icrası və ya müvafiq qurumlara çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.

Qəbulda iştirak edən Şahvələdli kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər