Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 25.06.2025-ci il tarixdə Daşkəsən şəhər sakinləri ilə növbəti səyyar qəbul keçirib

25 iyun 2025 | 13:37

İyunun 25-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Daşkəsən şəhəri Azər Abdullayev küçəsi, Vahid Alıyev küçəsi və İsmət Qayıbov küçəsi sakinləri ilə keçirilən səyyar qəbulunda RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və bələdiyyə sədri iştirak edib.

Səyyar qəbul zamanı çıxış edən icra başçısı Orxan Abbasov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan sosial-iqtisadi islahatların Daşkəsən rayonunda da bütün sahələrdə öz əksini tapdığını vurğulayıb. Orxan Abbasov bildirib ki, Daşkəsən rayonunda son illərdə həyata keçirilən abadlıq- quruculuq işləri, yolların yenilənməsi, su və kanalizasiya sistemlərinin təzədən qurulması, məktəb və səhiyyə ocaqlarının əsaslı təmiri, iş yerlərinin yaradılması, eləcə də kənd təsərrüfatı və turizm potensialının artırılması dövlət siyasətinin tərkib hissəsidir.

Qəbulda həmçinin Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə sakinlərə məlumat verilib, xidmətin əlçatanlıq və üstünlükləri diqqətə çatdırılıb və ehtiyac yarandığı halda https://rih.gov.az/ platformasından istifadə etmələri tövsiyə olunub.

Sonra sakinlərin müraciətləri dinlənilib. İcra başçsı Orxan Abbasovun aidiyyəti qurumlara və şəxslərə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib, araşdırılmasına ehtiyac olan məsələlər isə icrası və ya müvafiq orqanlara çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.

Qəbulda iştirak edən Daşkəsən şəhər sakinləri görülən işləri yüksək qiymətləndirərək, hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

 

Keçidlər