Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 24.11.2026-cı il tarixdə Daşkəsən şəhər sakinlərinin səyyar qəbulunu keçirib

24 noyabr 2026 | 15:32

Noyabrın 24-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Daşkəsən şəhər sakinləri ilə keçirilən səyyar qəbulunda RİH-nin məsul şəxsləri,  rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və bələdiyyə sədri iştirak edib.

İcra başçısı Orxan Abbasov giriş nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən birinin vətəndaş məmnunluğunun təmin edilməsi, rifahının yüksəldilməsi, müraciət və problemlərinə həssaslıqla yanaşılması olduğunu vurğulayıb. Bildirib ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsəndə vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi, onların qayğı və problemlərinin öyrənilməsi, müraciətlərinin operativ həlli daim diqqət mərkəzində saxlanılır.

Sonra sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həllinə dair müzakirələr aparılıb.

Müraciətlərin bir qismi yerində həll edilib. Araşdırılmasına ehtiyac olan məsələlər isə icrası və ya aidiyyəti üzrə müvafiq qurumlara yönləndirilməsi üçün nəzarət qaydasında qeydiyyata götürülüb.

Qəbulda iştirak edən Daşkəsən şəhər sakinləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Keçidlər