Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 24.09.2025-ci il tarixdə Gurbulaq kəndində vətəndaşların səyyar qəbulunu keçirib

24 sentyabr 2025 | 16:33

Sentyabrın 24-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun növbəti səyyar qəbulu Gurbulaq kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən icra başçısı Orxan Abbasov rayonda keçirilən səyyar vətəndaş qəbullarının Prezident cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq davam etdirildiyini diqqətə çatdırıb. Bugünkü səyyar görüşün də məqsədinin kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün məsələləri yerində həll etməyə, ehtiyac olduğu halda müvafiq qurumlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib. İcra başçısı vurğulayıb ki, ötən dövrlərdə Gurbulaq kəndinin elektrik, su, yol, rabitə ilə bağlı sosial problemlərinin aradan qaldırılmasına dair bir sıra işlər görülmüş və kəndin 40 şagird yerlik modul tipli yeni məktəb binası istifadəyə verilmişdir. Əhalinin məşğulluğunun artırılması və ərazidə turizmin inkişafı istiqamətində davamlı iş aparılmışdır.

Sonra kənd sakinlərinin müraciətlərini dinləyən Orxan Abbasov qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti qurumlara tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də baxılması üçün nəzarətə götürülüb.

Qəbulda iştirak edən Gurbulaq kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

İcra başçısı Orxan Abbasov vətəndaşlarla səyyar qəbuldan sonra Gurbulaq kənd ümumi orta ümumtəhsil məktəbində pedaqoji kollektiv və şagirdlərlə görüşüb, dərsə davamiyyətlə maraqlanıb və tövsiyyələrini verib.

Keçidlər