Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 24.02.2026-cı il tarixdə Quşçu qəsəbəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

24 fevral 2026 | 13:37

Fevralın 24-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun təsdiq olunmuş qrafikə uyğun olaraq Quşçu qəsəbəsində keçirdiyi vətəndaşların səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.

İcra başçısı Orxan Abbasov giriş nitqində vurğulayıb ki, ölkəmizdə xalqımızın rifahı və təhlükəsizliyi istiqamətində görülən bütün işlər, əldə olunan uğurlar Prezident cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin nəticəsidir. Bu siyasət ölkəmizin davamlı inkişafına, sabitliyinə və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

Rayon rəhbəri həmçinin Daşkəsənin sosial-iqtisadi və mədəni inkişafına göstərilən hərtərəfli dövlət qayğısından, həyata keçirilən infrastruktur layihələrindən və qarşıda duran vəzifələrdən söz açıb.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində həll edilib. Araşdırma tələb edən müraciətlər isə nəzarət qaydasında qeydiyyata alınıb.

Qəbulda iştirak edən Quşçu qəsəbəsi sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər