Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 22.10.2025-ci il tarixdə Daşkəsən şəhər sakinlərinin növbəti səyyar qəbulunu keçirib

22 oktyabr 2025 | 13:13

Oktyabrın 22-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Daşkəsən şəhəri Nizami küçəsi 15, 16, 18 və 20 nömrəli binaların sakinləri ilə keçirilən səyyar qəbulunda RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və ərazi icra nümayəndəsi iştirak edib.

İcra başçısı Orxan Abbasov giriş nitqində deyib ki, möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdiyi diqqət və qayğı nəticəsində Daşkəsən şəhərinin abadlaşdırılması, infrastrukturun yenilənməsi və sosial rifahın yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir. Belə ki, təkcə son aylarda şəhərin prospekt və küçələrində genişmiqyaslı abadlıq işləri aparılmış, istinad divarları bərpa olunmuş, piyada səkiləri yenilənmiş, işıqlandırma sistemi quraşdırılmış, çoxmərtəbəli yaşayış binalarının giriş qapıları yenilənmiş, yaşıllaşdırma və sanitar-gigiyenik tədbirlər gücləndirilmişdir. Həmçinin bəzi ərazilər asfaltlanmış, piyada və nəqliyyatın rahat hərəkəti təmin olunmuşdur. Hazırda Daşkəsən Şəhidlər Xiyabanında əsaslı təmir-bərpa işləri yüksək vüsətlə icra olunur ki, bu da Vətən müharibəsində Zəfərin beşinci ildönümü ərəfəsində şəhidlərimizin xatirəsinə ehtiramın bir daha təcəssümüdür. Şəhər ərazisində uşaq oyun meydançasının yaradılması, məşhur “Fərhad” heykəlinin bərpası, turizm potensialının artırılmasına yönəlmiş digər layihələr şəhərin simasının müasirləşməsinə mühüm töhfə verir. “Daşkəsən Dəmir Filiz” MMC-nin yenidən tam gücü ilə işə salınması istiqamətində əldə olunan uğurlar, habelə sakinlərin məşğulluğunun artırılmasının daim diqqətdə saxlanılması əhalinin sosial rifahın yüksəldilməsinə və yerli iqtisadi aktivliyin genişlənməsinə mühüm təsir göstərir. Bütün bu işlər Daşkəsən şəhərini daha abad, müasir və dinamik inkişaf edən yaşayış məntəqəsinə çevirmək məqsədi daşıyır.

Sonra sakinlərin müraciətləri dinlənilib. İcra başçısı Orxan Abbasovun aidiyyəti qurumlara və şəxslərə tapşırıq və tövsiyəsi ilə qaldırılan məsələlərin bir qismi yerində həll edilib, araşdırılmasına ehtiyac olan məsələlər isə icrası və ya müvafiq orqanlara çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.

Qəbulda iştirak edən Daşkəsən şəhər sakinləri görülən işləri yüksək qiymətləndirərək, hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Keçidlər