Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 22.09.2026-cı il tarixdə Daşkəsən şəhəri Mədənçilər yaşayış sahəsinin sakinləri ilə növbəti səyyar qəbul keçirib
Sentyabrın 22-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Daşkəsən şəhəri Mədənçilər yaşayış sahəsinin sakinləri ilə keçirilən səyyar qəbulunda RİH-nin məsul şəxsləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və bələdiyyə sədri iştirak edib.
İcra başçısı Orxan Abbasov giriş nitqində Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi əsasında vətəndaş müraciətlərinin yerində dinlənilməsinin, sakinləri narahat edən məsələlərin birbaşa onların iştirakı ilə müzakirə olunmasının və aidiyyəti qurumlarla birgə operativ həllinə şərait yaradılmasının əhəmiyyətini vurğulayıb. Rayon rəhbəri onu da qeyd edib ki, Daşkəsən şəhərində, o cümlədən Mədənçilər yaşayış sahəsində sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, abadlıq və quruculuq işlərinin davam etdirilməsi, ərazinin sanitar vəziyyətinin və infrastruktur imkanlarının yaxşılaşdırılması sahəsində görülən işlər diqqətdə saxlanılır.
Sonra sakinlərin müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində icra olunub. Əlavə araşdırma tələb edən müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarət qaydasında qeydiyyata götürülüb və müvafiq tədbirlər müəyyənləşdirilib.
Qəbulda iştirak edən Daşkəsən şəhəri Mədənçilər yaşayış sahəsinin sakinləri görülən işləri yüksək qiymətləndirərək, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






