Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 21.08.2026-cı il tarixdə Çıraqlı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib
Avqustun 21-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Çıraqlı kəndində keçirilən səyyar qəbulunda rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, onların problemlərinin yerində dinlənilməsi və icrasına dair zəruri tədbirlərin görülməsi Daşkəsən Rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas istiqamətlərindən birini təşkil edir. Mütəmadi olaraq rayonda keçirilən səyyar qəbullar sakinləri narahat edən məsələlərin daha yaxından öyrənilməsinə, onların operativ həllinə və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə zəmin yaradır.
Səyyar qəbul zamanı kənd sakinlərinin müxtəlif mövzularda müraciətləri dinlənilib.
Vətəndaşları fərdi qaydada dinləyən icra başçısı Orxan Abbasov aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan məsələlər isə icrası və ya müvafiq qurumlara çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Çıraqlı kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






