Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 21.05.2025-ci il tarixdə Muşavaq kəndində vətəndaşların səyyar qəbulunu keçirib
Mayın 21-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Muşavaq kəndində keçirdiyi səyyar qəbulda RİH-nin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqində Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Daşkəsənin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, o cümlədən son illər Muşavaq kəndində görülmüş işlər barədə danışaraq bildirib ki, əhalinin rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş kompleks tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Sonra vətəndaşların müraciətləri dinlənilib.
İcra başçısı Orxan Abbasov qaldırılan məsələlərin həll edilməsi üçün əlaqədar qurumlara tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində icra olunub, əlavə araşdırma tələb edən məsələlər isə aidiyyəti qurumlara çatdırılması məqsədilə nəzarətə götürülüb, müvafiq tədbirlər müəyyənləşdirilib.
Qəbulda iştirak edən Muşavaq kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.