Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 21.01.2026-cı il tarixdə Qabaqtəpə kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib
Yanvarın 21-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Qabaqtəpə kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən icra başçısı Orxan Abbasov bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən yerlərdə mütəmadi olaraq keçirilən səyyar qəbulların məqsədi sakinlərin problemlərini öyrənmək, onları qanunamüvafiq surətdə həll etməkdir. Rayon rəhbəri diqqətə çatdırıb ki, 31 kilometrlik Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun müasir formada yenidən qurulması nəticəsində Qabaqtəpə inzibati ərazi vahidliyində yerləşən yaşayış məntəqələrinin yol məsələsi tam həll edilmiş, əhalinin gediş-gəlişi asanlaşmış, təsərrüfatların daha da inkişafına şərait yaranmışdır. Habelə kəndin fasiləsiz, dayanıqlı elektrik enerjisi, rabitə və internetlə təchizatı yenidən qurulmuşdur. Hazırda ərazidə turizmin inkişafı, sakinlərin məşğulluğunun artırılması üçün işlər davam etdirilir.
Sonra sakinlərin müraciətləri dinlənilib. İcra başçısı Orxan Abbasov müraciətlərin icrası ilə bağlı tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib, digər qismi də araşdırılması və ya aidiyyəti üzrə çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Qabaqtəpə kənd sakinləri göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






