Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 20.10.2026-cı il tarixdə Dəvrallı kəndində vətəndaşların səyyar qəbulunu keçirib
Oktyabrın 20-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Dəvrallı kəndində keçirdiyi səyyar qəbulda rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Orxan Abbasov giriş nitqində Prezident cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Daşkəsən rayonunda da icra vəziyyəti barədə məlumat verib, rayonda aqrar sahənin inkişafının, kənd təsərrüfatı məhsullarının istehsalının və emalının genişləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Həmçinin Prezident cənab İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qarşıya qoyulmuş vəzifə və tapşırıqların yüksək səviyyədə həyata keçirilməsinin vacibliyindən bəhs edib.
Sonra sakinlərin müraciətlərini dinləyən icra başçısı yerlərdə təşkil olunan səyyar qəbulların dövlət orqanları ilə vətəndaşlar arasında birbaşa ünsiyyətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Qəbul zamanı kənd sakinlərinin qaldırdıqları məsələlər müzakirə olunub və müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həllinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib.
Qəbulda iştirak edən Dəvrallı kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






