Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 19.05.2026-cı il tarixdə Gurbulaq kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

19 may 2026 | 14:58

Mayın 19-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Gurbulaq kəndində keçirdiyi vətəndaşların səyyar qəbulunda rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.

Səyyar qəbul zamanı çıxış edən icra başçısı Orxan Abbasov diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılır, insanların sosial rifahının yüksəldilməsi, bölgələrin davamlı inkişafının təmin edilməsi, eləcə də əhalini narahat edən problemlərin yerində araşdırılaraq operativ həll olunması dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Yerlərdə mütəmadi olaraq keçirilən səyyar qəbullar vətəndaşlarla birbaşa təmasın qurulması, onların müraciət və təkliflərinin operativ qaydada araşdırılması və mövcud problemlərin aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonra sakinlərin müraciətləri dinlənilib.

İcra başçısı Orxan Abbasov müraciətlərin icrası ilə bağlı tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib, digər qismi də araşdırılması və ya aidiyyəti qurumlara yönləndirilməsi üçün nəzarət qaydasında qeydiyyata götürülüb.

Qəbulda iştirak edən Gurbulaq kənd sakinləri yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən, problemlərinin həllində onlara yaxından köməklik olunmasından razılıq edərək hər zaman göstərdikləri diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər