Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 18.08.2026-cı il tarixdə Zəylik kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib
Avqustun 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Zəylik kəndində keçirilən səyyar qəbulunda rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə yerlərdə vətəndaşlarla mütəmadi təşkil olunan görüş və qəbullar əhalinin ehtiyac və istəklərini bilavasitə özlərindən eşitmək, problemləri öyrənib operativ həll yollarını müəyyənləşdirmək məqsədi daşıyır.
Səyyar qəbul zamanı kənd sakinlərinin müxtəlif mövzularda müraciətləri dinlənilib.
Vətəndaşları fərdi qaydada dinləyən icra başçısı Orxan Abbasov aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan məsələlər isə icrası və ya müvafiq qurumlara çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Zəylik kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






