Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 17.12.2025-ci il tarixdə Əhmədli və Dardərə kəndləri sakinlərinin səyyar qəbulunu keçirib
Dekabrın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndəsinin, bələdiyyə sədrinin iştirakı ilə Əhmədli kəndində Əhmədli və Dardərə kəndləri sakinlərinin səyyar qəbulunu keçirib.
İcra başçısı Orxan Abbasov giriş nitqində qeyd edib ki, yerlərdə səyyar qəbulların keçirilməsində məqsəd möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşlarla görüşüb onları narahat edən problemləri müəyyən etmək və qısa müddətə həllinə nail olmaqdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı, infrastrukturun yaxşılaşdırılması, mövcud problemlərin həlli istiqamətində aparılan davamlı işlərdən söz açan Orxan Abbasov həmçinin vurğulayıb ki, ötən dövrlərdə Əhmədli kəndinin də yerləşdiyi ərazi vahidliyində xeyli abadlıq-quruculuq işləri görülmüş, 110 kV-luq “Əhmədli” elektrik yarımstansiyası tikilərək istifadəyə verilmiş, kənd təsərrüfatının ayrı-ayrı sektorlarının, o cümlədən turizmin inkişafı, əhalinin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılmışdır.
Sonra sakinlərin müraciətləri dinlənilib. Vətəndaşları fərdi qaydada dinləyən Orxan Abbasov qaldırılan məsələlərin həll edilməsi üçün tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib. Əlavə araşdırma tələb edən müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün nəzarət qaydasında qeydiyyata alınıb.
Qəbulda iştirak edən Əhmədli və Dardərə kəndlərinin sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






