Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 17.11.2026-cı il tarixdə Qabaqtəpə kəndində vətəndaşların səyyar qəbulunu keçirib
Noyabrın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayonun idarə, müəssisə, xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndəsinin, bələdiyyə sədri və sakinlərin iştirakı ilə Qabaqtəpə kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Sakinləri 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə təbrik edən icra başçısı Orxan Abbasov giriş nitqində bu əlamətdar günün Azərbaycan xalqının milli azadlıq mübarizəsində mühüm yer tutduğunu, xalqımızın birlik və həmrəyliyinin, müstəqillik iradəsinin təcəssümü olduğunu vurğulayıb. Daha sonra icra başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti, Daşkəsən rayonunda görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Səyyar qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
İcra başçısı Orxan Abbasov sakinlərin müraciətlərinin diqqətdə saxlanılacağını, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq həlli istiqamətində zəruri tədbirlərin görüləcəyini bildirib.
Qəbulda iştirak edən Qabaqtəpə kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






