Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 17.09.2025-ci il tarixdə Təzəkənd kəndində vətəndaşların səyyar qəbulunu keçirib
Sentyabrın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Təzəkənd kəndində keçirilən səyyar qəbulunda RİH-nin məsul şəxsləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Orxan Abbasov sakinlərlə keçirilən səyyar görüşlərin Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəldilməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edib. Dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, ölkəmizin bütün sahələrdə davamlı mühüm nailiyyətlər qazandığını vurğulayıb.
Qəbulda həmçinin Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verilib, xidmətin əlçatanlıq və üstünlükləri diqqətə çatdırılıb və ehtiyac yarandığı halda https://rih.gov.az/ platformasından istifadə etmələri sakinlərə tövsiyə olunub.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub. Araşdırılmasına ehtiyac olan müraciətlər isə icrası və ya aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata götürülüb.
Qəbul zamanı son illər rayonda görülən işlərdən danışan kənd sakinləri abadlıq və quruculuğun Təzəkənd kəndində də uğurla həyata keçirildiyini deyiblər. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Daşkəsən rayonunda görülən işləri, vətəndaşlara olan qayğını razılıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Təzəkənd sakinləri onlara daim göstərilən diqqətə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov səyyar görüşə yekun vuraraq, sakinləri ölkəmizdəki əmin-amanlığı, sabitliyi qorumağa, müasir müstəqil Azərbaycanımızın qüdrətlənməsi naminə möhtərəm Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi işlərə dəstək olmağa və ölkə rəhbərinin ətrafında həmişə olduğu kimi sıx birləşməyə çağırıb.
Kənd sakinləri ilə səyyar qəbuldan sonra icra başçısı Orxan Abbasov cari ildə əsaslı təmir işləri aparılan Təzəkənd kənd Şair Cavad adına ümumi orta ümumtəhsil məktəbində müəllim kollektivi və şagirdlərlə görüşüb, dərsə davamiyyətlə maraqlanıb, şagirdlərlə söhbət aparıb və tövsiyələrini verib. Eyni zamanda, Orxan Abbasov yeni dərs ilinin başlaması münasibətilə məktəbin şagirdlərinə hədiyyələr təqdim edib, onlara dərslərində müvəffəqiyyətlər arzulayıb.






