Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 17.02.2026-cı il tarixdə Güneykənd kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

17 fevral 2026 | 14:56

Fevralın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun təsdiq olunmuş qrafikə uyğun olaraq Güneykənd kəndində keçirdiyi vətəndaşların səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.

İcra başçısı Orxan Abbasov səyyar qəbulu giriş nitqi ilə açaraq rayonda aparılan abadlıq-quruculuq işləri, sosial infrastrukturun yaxşılaşdırılması sahəsində həyata keçirilən layihələr barədə məlumat verib. Həmçinin qarşıda duran vəzifələrdən, o cümlədən əhalinin rifahının daha da yüksəldilməsi, kənd təsərrüfatının, turizmin davamlı inkişafı və vətəndaş məmnunluğunun bundan sonra da təmin olunması ilə bağlı nəzərdə tutulan işlərdən bəhs edib.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlər əsasən sosial məsələlər və digər gündəlik problemlərlə bağlı təklif və xahişlərini səsləndiriblər. Qaldırılan məsələlərin bir qismi yerində həll edilib. Araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb.

Qəbulda iştirak edən Güneykənd kənd sakinləri onlara hər zaman göstərilən  diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildiriblər.

Keçidlər