Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 16.09.2026-cı il tarixdə Quşçu kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib
Sentyabrın 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Quşçu kəndində keçirilən səyyar qəbulunda rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Orxan Abbasov giriş nitqində vurğulayıb ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun keçirilən səyyar qəbulların məqsədi vətəndaşların problemlərinin dinlənilməsi, qaldırılan məsələlərin operativ araşdırılması və mümkün həlli ilə bağlı tədbirlərin görülməsidir.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşlar sosial, məişət, kənd təsərrüfatı və digər məsələlərlə bağlı müraciətlər ediblər.
İcra başçısı Orxan Abbasov müraciətlərdə qaldırılan məsələlərin icrası ilə əlaqədar tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll olunub. Araşdırılmasına ehtiyac olan və həlli yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə nəzarət qaydasında qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Quşçu kənd sakinləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






