Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 16.04.2025-ci il tarixdə Güneykənd kəndində vətəndaşların səyyar qəbulunu keçirib
Aprelin 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Güneykənd kəndində keçirilən səyyar qəbulunda RİH-nin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, vətəndaş müraciətlərinə həssaslıqla baxılaraq, qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələr Daşkəsən Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Keçirilən bugünkü görüşün də məqsədi kənd sakinlərini narahat edən problemlərin öyrənilməsi, daxili imkanlar hesabına aradan qaldırılması, ehtiyac olduğu halda aidiyyəti yuxarı qurumlara çatırılmasıdır.
Qəbulda həmçinin Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verilib, xidmətin əlçatanlıq və üstünlükləri diqqətə çatdırılıb və ehtiyac yarandığı halda https://rih.gov.az/ platformasından istifadə etmələri sakinlərə tövsiyə olunub.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub. Araşdırılmasına ehtiyac olan müraciətlər isə icrası və ya aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata götürülüb.
Qəbul zamanı son illər rayonda görülən işlərdən danışan kənd sakinləri abadlıq və quruculuğun Güneykənd kəndində də uğurla həyata keçirildiyini deyiblər. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Daşkəsən rayonunda görülən işləri, vətəndaşlara olan səmimi münasibəti razılıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Güneykənd sakinləri onlara daim göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov səyyar görüşə yekun vuraraq, sakinləri ölkəmizdəki əmin-amanlığı, sabitliyi qorumağa, müasir müstəqil Azərbaycanımızın qüdrətlənməsi naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla həyata keçirdiyi işlərə dəstək olmağa və ölkə rəhbərinin ətrafında həmişə olduğu kimi sıx birləşməyə çağırıb.