Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 15.10.2025-ci il tarixdə Zinzahal kəndində vətəndaşların səyyar qəbulunu keçirib
Oktyabrın 15-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Zinzahal kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən icra başçısı Orxan Abbasov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən kompleks sosial-iqtisadi tədbirlərin Daşkəsən rayonun da geniş vüsət aldığını vurğulayıb, Zinzahal kəndi ərazisində son illərdə görülmüş məqsədyönlü işlər, həmçinin icrası nəzərdə tutulan layihələr barədə məlumat verib. İcra başçısı keçirilən səyyar qəbulun məqsədinin vətəndaşların müraciət və təkliflərini yerində araşdırmaq, icrası istiqamətində müvafiq tədbirlər görmək olduğunu qeyd edib.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Səsləndirilən məsələlərin bir qismi yerində həll edilib, araşdırılmasına və aidiyyəti üzrə çatdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata alınıb.
Qəbulda iştirak edən Zinzahal kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






