Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 14.07.2026-cı il tarixdə Aşağı Daşkəsən kəndində vətəndaşların səyyar qəbulunu keçirib

14 iyul 2026 | 17:00

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 14.07.2026-cı il tarixdə Aşağı Daşkəsən kəndində vətəndaşların səyyar qəbulunu keçirib

İyulun 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Aşağı Daşkəsən kəndində keçirdiyi vətəndaşların növbəti səyyar qəbulunda rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov giriş nitqində  vurğulayıb ki, yerlərdə mütəmadi olaraq keçirilən səyyar qəbulların məqsədi vətəndaşları narahat edən məsələlərin operativ həllinə nail olmaq və dövlət-vətəndaş münasibətlərini daha da möhkəmləndirməkdir.

Sonra sakinlərin müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində həll edilib. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzarət qaydasında qeydiyyata alınıb.

Qəbul zamanı Aşağı Daşkəsən kənd sakinlərinin içməli su təminatı ilə bağlı müraciətlərinin həlli istiqamətində görülmüş işlərdən də bəhs olunub. Bildirilib ki, kənddə 15 tonluq su çəninin quraşdırılması və bulaq kompleksinin tikilməsi nəticəsində sakinlərin içməli su təminatı yaxşılaşaraq etibarlı və dayanıqlı təşkili təmin edilib.

Qəbulda iştirak edən Aşağı Daşkəsən kənd sakinləri onlara göstərilən davamlı qayğını yüksək qiymətləndirərək, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər