Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 14.05.2025-ci il tarixdə Priverdilər kəndində vətəndaşların səyyar qəbulunu keçirib

14 may 2025 | 17:02

Mayın 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Pirverdilər kəndində keçirdiyi səyyar qəbulda RİH-nin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. 

Prezident  cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin olunması barədə tapşırıqlarına uyğun olaraq Daşkəsən rayonunun bütün yaşayış məntəqələrində sakinlərlə görüşlərin mütəmadi keçirildiyini, bunun artıq ənənə xarakteri daşıdığını vurğulayan icra başçısı Orxan Abbasov ötən müddət ərzində Qabaqtəpə kənd inzibati ərazi vahidliyinə daxil olan Pirverdilər kəndində bir çox işlərin görüldüyünü, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımların atıldığını qeyd edib. Rayon rəhbəri diqqətə çatdırıb ki, Pirverdilər kəndi ərazisində hər birinin ümumi uzunluğu 28,4 m, eni 11 m, avtomobillərin hərəkət hissəsi 8 m olan müasir tipli 2 ədəd körpü salınaraq sakinlərin istifadəsinə verilmiş, o cümlədən Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun tikintisi yüksək səviyyədə aparılaraq, 2023-cü ildə başa çatdırılması nəticəsində kəndin bu sahədə olan problemi tam öz həllini tapmış, insanların gediş-gəlişi asanlaşmış, ərazidə yeni iş yerlərinin açılmasına, kənd camaatının daha yaxşı yaşamasına, turizmin inkişafına və təsərrüfatların genişlənməsinə şərait yaranmışdır. Habelə əhalinin fasiləsiz elektrik enerjisi, rabitə, içməli su ilə təminatı və məşğulluğunun artırılması daim diqqətdə saxlanılır.

Sonra sakinlərin müxtəlif mövzularla bağlı müraciətləri dinlənilib.

Müraciətlərin bir qismi yerində həll edilib. İcrası araşdırma və vaxt tələb edən məsələlər aidiyyəti qurumlara tapşırılaraq, nəzarətə götürülüb, müvafiq tədbirlər müəyyənləşdirilib.

Qəbulda iştirak edən Pirverdilər kənd sakinləri müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, hər zaman onlara göstərilən qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.  

Keçidlər