Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 13.10.2026-cı il tarixdə Zinzahal kəndində vətəndaşların səyyar qəbulunu keçirib
Oktyabrın 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Zinzahal kəndində keçirdiyi səyyar qəbulda rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq yerlərdə səyyar qəbulların keçirilməsində məqsəd vətəndaşların müraciətlərini dinləmək, onları narahat edən məsələlərlə yaxından tanış olmaq və qaldırılan problemlərlə bağlı aidiyyəti qurumlarla birgə zəruri tədbirlər görməkdir.
Qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlər müzakirə olunub. İcra başçısı Orxan Abbasov müraciətlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və həllinə dair tapşırıq və tövsiyələrini verib.
Qəbulda iştirak edən Zinzahal kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






