Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 13.05.2026-cı il tarixdə Muşavaq kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

13 may 2026 | 13:59

Mayın 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Muşavaq  kəndində keçirdiyi vətəndaşların səyyar qəbulunda rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.

İcra başçısı Orxan Abbasov giriş nitqində vurğulayıb ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti rayonda fəaliyyət göstərən qurumlarla birgə mütəmadi surətdə həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər ətraflı öyrənilir, onların həlli istiqamətində əməli tədbirlər görülür, vətəndaş məmnunluğu təmin olunur.

Sonra söz sakinlərə verilib, onların müraciət və təklifləri dinlənilib.

İcra başçısı Orxan Abbasovun tapşırıq və tövsiyəsi ilə qaldırılan məsələlərin bir qismi yerində icra olunub. Əlavə araşdırma tələb edən müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarət qaydasında qeydiyyata götürülüb və müvafiq tədbirlər müəyyənləşdirilib.

Qəbulda iştirak edən Muşavaq kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər