Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 12.11.2025-ci il tarixdə Qabaqtəpə və Rəsullu kəndləri sakinlərinin səyyar qəbulunu keçirib

12 noyabr 2025 | 16:49

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlarla açıq və operativ ünsiyyətin qurulması, onların müraciətlərinin yerində dinlənilməsi və həll edilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Qabaqtəpə kəndində keçirdiyi səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri, Qabaqtəpə və Rəsullu kəndlərinin sakinləri iştirak ediblər.  

12 Noyabr – Konstitusiya Günü münasibətilə sakinləri təbrik edən icra başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin siyasi, iqtisadi və sosial həyatının əsasını təşkil edən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısı olan ali hüquqi sənəddir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş 1995-ci il Konstitusiyası müasir, demokratik və hüquqi dövlət quruculuğunda mühüm rol oynamışdır və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar isə bu prinsiplərin daha da möhkəmlənməsinə xidmət edir. Orxan Abbasov ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması, regionların davamlı inkişafı və sosial problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən söz açıb, habelə Daşkəsən rayonunda görülən işlər və qarşıda duran vəzifələr barədə iştirakçılara məlumat verib.

Sonra sakinlərin müraciətləri dinlənilib.

Icra başçısı Orxan Abbasov hər bir vətəndaşı ayrılıqda dinləyərək qaldırılan məsələlərin icrasına dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib, digərləri də araşdırılması üçün nəzarətə götürülüb.

Qəbulda iştirak edən Qabaqtəpə və Rəsullu kəndlərinin sakinləri səyyar qəbulun təşkilinə, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər