Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 12.08.2026-cı il tarixdə Almalı kəndində vətəndaşların səyyar qəbulunu keçirib

12 avqust 2026 | 15:00

Avqustun 12-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Almalı kəndində keçirdiyi vətəndaşların növbəti səyyar qəbulunda rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov giriş nitqində deyib: “Azərbaycan dövlətinin iqtisadi inkişaf modelində kənd təsərrüfatı daim strateji sahələrdən biri kimi mühüm yer tutur. Bu sahə yalnız iqtisadi inkişaf baxımından deyil, həm də sosial rifahın təmin olunması, regionların inkişafı, məşğulluğun artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və milli iqtisadi müstəqilliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Prezident cənab İlham Əliyevin sədrliyi ilə 2026-cı il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə bu istiqamətdə dövlət siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Müşavirədə aqrar sektorun mövcud vəziyyəti, qarşıda duran vəzifələr, su təsərrüfatı, ərzaq təhlükəsizliyi və "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" müzakirə olunmuşdur. Daşkəsən rayonu da təbii-iqlim şəraiti, geniş örüş və yaylaq sahələri, zəngin torpaq ehtiyatları, dağ çayları və su ehtiyatları ilə kənd təsərrüfatının, xüsusilə heyvandarlığın, arıçılığın, kartofçuluğun, eləcə də daxili su hövzələrində balıqçılığın və akvakultura fəaliyyətinin inkişafı üçün müəyyən imkanlara malikdir. Son illərdə dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və dəstək tədbirləri rayonun kənd təsərrüfatı potensialının daha səmərəli reallaşdırılmasına, fermer və sahibkarların fəaliyyətinin genişlənməsinə, istehsalın həcminin artırılmasına töhfə vermişdir. Daşkəsəndə kənd təsərrüfatının davamlı inkişafının təmin olunması, müasir aqrotexniki yanaşmaların tətbiqi, məhsuldarlığın artırılması, suvarma və infrastruktur layihələrinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının emalı və bazara çıxış imkanlarının yaxşılaşdırılması ilə yanaşı, daxili su hövzələrindən səmərəli istifadə olunması, balıqçılıq və akvakultura sahəsində təşəbbüslərin dəstəklənməsi diqqət mərkəzində saxlanılır.  Dövlət Proqramından irəli gələn vəzifələrin icrası məqsədilə dövlət qurumları, fermerlər və sahibkarlar arasında səmərəli əməkdaşlığın gücləndirilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir”.

Sonra sakinlərin müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qisminin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. İcrası vaxt tələb edən müraciətlər isə nəzarətə götürülüb.

Qəbulda iştirak edən Almalı kənd sakinləri müraciətlərinin mütəmadi olaraq yerində dinlənilməsinə, qaldırılan məsələlərin həllinə dair görülən tədbirlərə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər