Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 10.09.2025-ci il tarixdə Xoşbulaq kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

10 sentyabr 2025 | 14:42

Sentyabrın 10-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Xoşbulaq kəndində keçirdiyi səyyar qəbulunda RİH-nin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. 

İcra başçısı Orxan Abbasov giriş nitqində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Daşkəsən rayonunda, o cümlədən Xoşbulaq kəndində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açıb. Vurğulayıb ki, ötən dövrlərdə Xoşbulaq kəndi qazlaşdırılmış, elektrik naqilləri SİP kabellərlə əvəzlənmiş, “Zağalı” elektrik yarımstansiyasının istifadəyə verilməsi ilə uzun illərdən bəri mövcud olmuş elektrik problemi tamamilə aradan qaldırılmış, fiber optik internet xətti çəkilmiş, 31 km uzunluğu olan Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurularaq asfaltlanmış, əhalinin içməli su ilə bağlı problemi həll edilmiş, ərazidə çoxsaylı ağaclar əkilmişdir. Cari ilin iyul ayında Daşkəsən rayonu üzrə infrastrukturun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Xoşbulaq kəndində daxili yollarda cari təmir işləri görülmuşdür. Təmir işləri zamanı kəndin əsas və ara yollarında yaranmış çatlar, çalalar və digər nasazlıqlar aradan qaldırılmış, bununla yanaşı, su axarlarının normal fəaliyyətini təmin etmək üçün yolların kənarında yağış sularının axıdılması üçün nəzərdə tutulan arxlar təmizlənmişdir. Habelə Xoşbulaq kəndinin turizm imkanlarından daha səmərəli istifadə olunması məqsədilə bir sıra layihələr həyata keçirilmişdir və həmin işlər davam etdirilir. İyulun 19-da Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində Daşkəsən rayonunun yaradılmasının 95 illiyinə həsr olunan təntənəli “Daşkəsən Kənd Təsərrüfatı Məhsulları Festivalı” böyük izdihamla reallaşmışdır. Eyni zamanda əhalinin məşğulluğunun artırılması daim diqqət mərkəzində saxlanılır. Həmçinin kəndin ekoloji tarazlığının qorunması, yay aylarında məişət tullantılarının idarə edilməsində yarana biləcək məsələlərin həlli ilə bağlı ardıcıl tədbirlər və kütləvi aksiyalar icra olunmuşdur.

Daha sonra icra başçısı Orxan Abbasov qəbula gələn vətəndaşları dinləyib. Qaldırılan bir çox məsələlər aidiyyəti qurumlarla birgə yerində həll edilib. Yerli icra strukturunun səlahiyyət dairəsinə aid olmayan və əlavə araşdırma tələb edən müraciətlər isə nəzarət qaydasında qeydiyyata alınıb.

Qəbulda iştirak edən Xoşbulaq kənd sakinləri onlara hər zaman göstərilən həssas münasibətə, diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər