Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 10.07.2026-cı il tarixdə Tapan kənd sakinlərinin səyyar qəbulunu keçirib
İyulun 10-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Tapan kəndində keçirdiyi vətəndaşların növbəti səyyar qəbulunda rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Orxan Abbasov giriş nitqində Prezident cənab İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinə uyğun olaraq Daşkəsən rayonda da infrastrukturun müasirləşdirilməsi, yaşayış məntəqələrinin abadlaşdırılması, yeni sosial layihələrin icrası və sakinlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl işlərdən söz açıb.
Sonra sakinlərin müraciətləri dinlənilib. Qaldırılan məsələlərin həllinə dair tədbirlər müəyyənləşdirilib. Müraciətlərin bir qismi yerində həll edilib. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzərət qaydasında qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Tapan kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






