Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 09.06.2026-cı il tarixdə Çovdar kəndində vətəndaşların səyyar qəbulunu keçirib

09 iyun 2026 | 16:10

İyunun 9-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Çovdar kəndində keçirdiyi növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, dünyanın müxtəlif regionlarında münaqişələrin davam etdiyi bir dövrdə Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin əsas məqsədi ölkəmizin təhlükəsizliyinin təmin olunması, sülh və sabitliyin qorunmasıdır. Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə nəticələnən tarixi Zəfərdən sonra Azərbaycan beynəlxalq müstəvidə siyasi və iqtisadi mövqelərini daha da möhkəmləndirib, regionda sabitlik və əməkdaşlığın əsas aktorlarından birinə çevrilib. Əldə olunan bu nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik xəttinin Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilməsinin məntiqi nəticəsidir.

Rayon rəhbəri çıxışında  həmçinin Daşkəsəndə həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verib.

Daha sonra sakinlərin müraciətlərini fərdi qaydada dinləyən Orxan Abbasov qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti qurumlara tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib. Əlavə araşdırma tələb edən məsələlər isə nəzarət qaydasında qeydiyyata götürülərək icraya yönəldilib.

Qəbulda iştirak edən Çovdar kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər