Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 08.09.2026-cı il tarixdə Alaxançallı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

08 sentyabr 2026 | 13:52

Sentyabrın 8-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Alaxançallı kəndində keçirilən səyyar qəbulunda rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov çıxışında deyib ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının təmin edilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Rayonda əkin sahələrinin genişləndirilməsi, heyvandarlıq, akvakultura və digər təsərrüfat sahələrinin inkişafı üçün mövcud imkanlardan səmərəli istifadə edilməlidir. Kənd sakinlərinin bu sahələrdə olan təşəbbüslərinin dəstəklənməsi, təsərrüfat subyektlərinin fəaliyyətinin daha da genişləndirilməsi və məhsuldarlığın artırılması qarşıda duran əsas vəzifələrdəndir.

Qəbul zamanı kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri dinlənilib. İcra başçısı Orxan Abbasov müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti üzrə  tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib. Əlavə araşdırma tələb edən müraciətlər isə icrası və ya aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata götürülüb.

Qəbulda iştirak edən Alaxançallı kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər