Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 07.07.2026-cı il tarixdə Qaraqullar kəndində vətəndaşların səyyar qəbulunu keçirib

07 iyul 2026 | 17:49

 İyulun 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Qaraqullar kəndində keçirdiyi vətəndaşların növbəti səyyar qəbulunda rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov giriş nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" barədə ətraflı məlumat verib. Bildirib ki, Dövlət Proqramı çərçivəsində Daşkəsən rayonu da daxil olmaqla regionlarda müasir kənd təsərrüfatı istehsalı və emal sahələrinin inkişafı, fermerlərin innovativ texnologiyalara və dövlət dəstəyi mexanizmlərinə çıxışının genişləndirilməsi nəzərdə tutulur. Həmçinin balıqçılıq və akvakultura sahəsinin inkişafı, suvarma sistemlərinin təkmilləşdirilməsi, torpaq ehtiyatlarından səmərəli istifadə, heyvandarlığın inkişafı və aqrar infrastrukturun gücləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Görüləcək işlər nəticəsində Daşkəsəndə də kənd təsərrüfatında məhsuldarlığın artırılması, yeni məşğulluq imkanlarının yaradılması və rayonun ixrac potensialının gücləndirilməsi gözlənilir.

Sonra sakinlərin müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində həll edilib. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzarət qaydasında qeydiyyata alınıb.

Qəbulda iştirak edən Qaraqullar kənd sakinləri müraciətlərinin dinlənilməsinə, əhalinin rifah halının yaxşılaşdırılmasına və kənd yaşayış məntəqələrinin inkişafına göstərilən davamlı qayğını yüksək qiymətləndirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər