Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 07.05.2025-ci il tarixdə Xoşbulaq kəndində vətəndaşların səyyar qəbulunu keçirib

07 may 2025 | 18:25

Mayın 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Xoşbulaq kəndində keçirdiyi səyyar qəbulda RİH-nin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. 

İcra başçısı Orxan Abbasov giriş nitqində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Daşkəsən rayonunda, o cümlədən Xoşbulaq kəndində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açıb. Vurğulayıb ki, ötən dövrlərdə Xoşbulaq kəndi qazlaşdırılmış, elektrik naqilləri SİP kabellərlə əvəzlənmiş, “Zağalı” elektrik yarımstansiyasının istifadəyə verilməsi ilə uzun illərdən bəri mövcud olmuş elektrik problemi tamamilə aradan qaldırılmış, fiber optik internet xətti çəkilmiş, 31 km uzunluğu olan Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurularaq asfaltlanmış, əhalinin içməli su ilə bağlı problemi həll edilmiş, ərazidə çoxsaylı ağaclar əkilmişdir. Habelə Xoşbulaq kəndinin turizm imkanlarından daha səmərəli istifadə olunması məqsədilə bir sıra layihələr həyata keçirilmişdir və bu istiqamətdə işlər davam etdirilir. Eyni zamanda əhalinin məşğulluğunun artırılması daim diqqət mərkəzində saxlanılır. Rayon rəhbəri həmçinin kəndin ekoloji tarazlığının qorunması, yay aylarında məişət tullantılarının idarə edilməsində yarana biləcək məsələlərin indidən həlli ilə bağlı tapşırıqlarını verib.

Daha sonra icra başçısı Orxan Abbasov qəbula gələn vətəndaşları fərdi qaydada dinləyib. Qaldırılan bir çox məsələlər aidiyyəti qurumlarla birgə yerində həll edilib. Yerli icra strukturunun səlahiyyətlərinə aid olmayan və əlavə araşdırma tələb edən müraciətlər nəzarət qaydasında qeydiyyata alınıb.

Qəbulda iştirak edən Xoşbulaq kənd sakinləri onlara hər zaman göstərilən həssas münasibətə və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər