Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 07.04.2026-cı il tarixdə Təzəkənd kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

07 aprel 2026 | 13:08

Aprelin 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Təzəkənd kəndində keçirdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov kənd sakinləri ilə görüşdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan sosial-iqtisadi islahatlardan, əhalinin rifah halının yüksəldilməsi istiqamətində görülən işlərdən, dövlət-vətəndaş münasibətlərinin yüksələn xətlə inkişafından danışaraq, bütün sahələr üzrə əldə olunan nailiyyətlərdən söz açıb. Eyni zamanda Daşkəsən rayonunda icrası nəzərdə tutulan layihələr barədə məlumat verib.

Sonra  sakinlərin müraciətləri dinlənilib.

İcra başçısı Orxan Abbasov müraciətlərin həllinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib, əlavə araşdırma tələb edən müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata götürülüb.

Qəbulda iştirak edən Təzəkənd kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər