Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 06.10.2026-cı il tarixdə Mollahəsənli kəndində vətəndaşların səyyar qəbulunu keçirib

06 oktyabr 2026 | 17:51

Oktyabrın 6-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Mollahəsənli kəndində keçirdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov giriş nitqində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərindən, vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılmasının, onların problemlərinin operativ şəkildə həll edilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olmasından danışıb. Bildirib ki, vətəndaşlarla səyyar görüşlərin keçirilməsində məqsəd sakinlərin müraciətlərini özlərindən dinləmək, qaldırılan məsələlərin həllinə dair operativ tədbirlər görmək və aidiyyəti qurumların fəaliyyətini əlaqələndirməkdir.

Sonra  sakinlərin müraciətləri dinlənilib. Sakinlər təklif və problemlərini səsləndiriblər.

İcra başçısı Orxan Abbasov aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib, əlavə araşdırma tələb edən müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbulda iştirak edən Mollahəsənli kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər