Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 06.03.2025-ci il tarixdə Quşçu qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib

06 mart 2025 | 16:12

Martın 6-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Quşçu qəsəbəsində keçirdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə sakinləri müqəddəs Ramazan ayı münasibətilə təbrik edən icra başçısı Orxan Abbasov giriş nitqində deyib: “Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirmiş, Azərbaycan iqtisadiyyatını şaxələndirərək, dayanıqlı inkişafı təmin etmişdir. Həyata keçirilən islahatlar insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına, yeni iş yerlərinin yaradılmasına,  sosial müdafiə sisteminin güclənməsinə, təhsil və səhiyyə sahələrinin müasirləşməsinə yol açmışdır. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, nəhəng infrastruktur layihələri, ərazi bütövlüyümüzün və suverenliymizin bərpa oluması möhtərəm Prezident cənab İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir”. 

İcra başçısı Orxan Abbasov diqqətə çatdırıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılması barədə verdiyi tapşırıqlar Daşkəsən rayonunda birmənalı olaraq yerinə yetirilir. Ölkə rəhbərimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri diqqət və qayğı rayonumuzun bütün sahələrində görülən işlərdə öz əksini tapmışdır.

Sonra  saniklərin müraciət və təklifləri dinlənilib.

İcra başçısı Orxan Abbasov müraciətlərin həllinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib, əlavə araşdırma tələb edən bir qismi də müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbulda iştirak edən Quşçu qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər