Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 06.01.2026-cı il tarixdə Kəmərqaya kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib
Yanvarın 6-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə Kəmərqaya kəndində vətəndaşların səyyar qəbulunu keçirib.
İcra başçısı Orxan Abbasov giriş nitqində vurğulayıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin müvafiq tapşırıq və göstərişlərinə əsasən, Daşkəsən rayonunda da əhali ilə yerlərdə mütəmadi görüşlərin keçirilməsi, vətəndaşların müraciət, təklif və problemlərinə operativ və həssas münasibətin göstərilməsi daim diqqət mərkəzində saxlanılır. Bu görüşlər vətəndaş məmnunluğunun təmin olunması, əhalinin sosial rifahının yüksəldilməsi, mövcud məsələlərin yerində öyrənilməsi və həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Orxan Abbasov həmçinin qeyd edib ki, 2026-cı ildə də Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin icrası və əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcəkdir.
Sonra sakinlərin müraciət və təklifləri dinlənilib.
İcra başçısı Orxan Abbasov müraciətlərin icrasına dair aidiyyəti üzrə tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də araşdırılması və ya aidiyyəti üzrə yönləndirilməsi üçün nəzarətə götürülüb.
Qəbulda iştirak edən Kəmərqaya kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






