Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 05.11.2025-ci il tarixdə Quşçu kəndində vətəndaşların səyyar qəbulunu keçirib

05 noyabr 2025 | 14:03

Noyabrın 5-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Quşçu kəndində keçirdiyi vətəndaşların səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov bildirib ki, Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıq və tövsiyələri Daşkəsən rayonunda birmənalı olaraq yerinə yetirilir. Ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı rayonun bütün sahələrində öz əksini tapır. Orxan Abbasov ötən dövrlərdə Quşçu kəndində müasir tələblərə cavab verən 360 şagird yerlik yeni məktəb binasının tikildiyini, uşaq bağçasının əsaslı təmir edildiyini, kəndə gələn yolun ötən ay əsaslı təmir olunduğunu, abadlıq işləri aparıldığını, əhalinin məşğulluğunun artırıldığını, içməli su, qaz və elektrik enerjisi ilə fasiləsiz təminat sahəsində problemlərin aradan qaldırıldığını diqqətə çatdırıb. Rayon rəhbəri onu da vurğulayıb ki, ərazidə sosial yönümlü, xüsusilə turizmlə bağlı işlərin icrası bundan sonra da davam etdiriləcəkdir.

Sonra sakinlərin müraciətləri dinlənilib.

İcra başçısı Orxan Abbasov müraciətlərdə qaldırılan məsələlərin icrası ilə əlaqədar aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib, habelə izahat işləri aparıb. Bəzi müraciətlər yerində həll edilib. Araşdırılmasına ehtiyac olan və həlli yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər nəzarət qaydasında qeydiyyata götürülüb.

Qəbulda iştirak edən Quşçu kənd sakinləri hər zaman onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər