Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 04.12.2024-cü il tarixdə Zağalı kəndində vətəndaşların səyyar qəbulunu keçirib
Dekabrın 4-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov vətəndaşların müraciətlərini dinləmək və problemlərin həlli ilə bağlı yerində qərarlar qəbul etmək məqsədilə Zağalı kəndində səyyar qəbul keçirib. Qəbulda RİH-nin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazinin icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Orxan Abbasov giriş nitqində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı kompleks sosial-iqtisadi islahatların ölkənin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb, həmçinin Zağalı kəndi ərazisində ötən dövrlərdə görülən məqsədyönlü işlərdən söz açıb və nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib.
Sonra rayon rəhbəri tərəfindən sakinlərin müraciətləri dinlənilib.
Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan məsələlər isə icrası və ya aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Zağalı kənd sakinləri görülən işlərə və göstərilən qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.