Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 03.12.2025-ci il tarixdə Aşağı Daşkəsən kəndində vətəndaşların səyyar qəbulunu keçirib

03 dekabr 2025 | 14:40

Dekabrın 3-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Aşağı Daşkəsən kəndində vətəndaşlarla keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən icra başçısı Orxan Abbasov Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Daşkəsəndə vətəndaşlarla görüşlərin davamlı keçirildiyini, müxtəlif məsələlərlə bağlı müraciətlərin həll olunması üçün aidiyyəti qurumlarla birgə tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Daşkəsən rayonunda görülən işlər barədə geniş məlumat verən Orxan Abbasov ərazidə xeyli abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu bildirib. Həmçinin vurğulayıb ki, sakinlərin müraciətləri nəzərə alınaraq Aşağı Daşkəsən kəndi qazlaşdırılmış, köhnəlmiş elektrik dirəkləri dəyişdirilmiş və bir sıra mühüm işlər görülmüşdür.

Sonra sakinlərin müraciətləri dinlənilib.

İcra başçısı Orxan Abbasov müraciətlərin icrasına dair aidiyyəti üzrə tövsiyə və tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll olunub, digərləri də araşdırılması və ya yuxarı qurumlara çatdırılması üçün nəzarətə götürülüb.

Görülən işləri müsbət qiymətləndirən Aşağı Daşkəsən kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər