Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 03.11.2026-cı il tarixdə Yuxarı Daşkəsən qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib

03 noyabr 2026 | 16:23

Noyabrın 3-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayonun idarə, müəssisə, xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndəsinin, bələdiyyə sədrinin və sakinlərin iştirakı ilə Yuxarı Daşkəsən qəsəbəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.  

İcra başçısı Orxan Abbasov giriş nitqində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin rifahının daha da yüksəldilməsi sahəsində reallaşdırılan kompleks tədbirlər, o cümlədən Daşkəsən rayonunun sosial-iqtisadi inkişafına dair həyata keçirilən ardıcıl işlər barədə məlumat verib, həmçinin qarşıda duran vəzifələrdən danışıb.

Sonra sakinlərin müxtəlif məsələlərə dair müraciət və təklifləri dinlənilib.

İcra başçısı Orxan Abbasov qaldırılan məsələlərin icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib. Əlavə araşdırma tələb edən müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.

Qəbulda iştirak edən Yuxarı Daşkəsən qəsəbə sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər