Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 03.03.2026-cı il tarixdə Qazaxyolçular kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

03 mart 2026 | 14:07

Martın 3-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun təsdiq olunmuş qrafikə uyğun olaraq Qazaxyolçular kəndində keçirdiyi vətəndaşların səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.

İcra başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, bu gün dünya qeyri-müəyyənlik, münaqişə və təhlükəsizlik böhranları içərisində çabaladığı bir vaxtda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sabitliyin, təhlükəsizliyin və inkişafın real modeli kimi çıxış edir. Güclü siyasi iradə, milli maraqlara əsaslanan prinsipial mövqe və uzaqgörən dövlət siyasəti ölkəmizi regionda sülhün və etibarlı əməkdaşlığın əsas dayağına çevirmişdir. Beynəlxalq arenada qazanılan uğurlar nə qədər əhəmiyyətli olsa da, Prezident cənab İlham Əliyev üçün ən böyük və əvəzolunmaz mükafat Azərbaycan xalqının sonsuz inamı və sevgisidir. Xalqımızın nəzərində Prezident cənab İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru işğaldan qurtaran əsl xilaskar liderdir. Xalqın 30 illik həsrətinə son qoyan Müzəffər Ali Baş Komandandır. Dövlətimizi müasir, qüdrətli və dünyada söz sahibi olan bir güc mərkəzinə çevirən böyük rəhbərdir. Prezident cənab İlham Əliyevin müdrik idarəetməsi sayəsində Azərbaycan dövləti işğaldan zəfərə, zəfərdən quruculuğa və qlobal sülh memarlığına qədər böyük yüksəlişə nail olmuşdur.

Rayon rəhbəri çıxışında həmçinin Daşkəsən rayonunda həyata keçirilən layihələr, eləcə də qarşıda duran vəzifələr barəsində məlumat verib.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində həll edilib. Araşdırma tələb edən müraciətlər isə nəzarət qaydasında qeydiyyata alınıb.

 Qəbulda iştirak edən Qazaxyolçular kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər